Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb
  • Toplum
  • 20 Noyabr 2019 23:28
  •  1 714

Bakıda restoran yandı - FOTOLAR

Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Qoşa çinar" restoranında qeydə alınıb.

Bildirilir ki, yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.(apa.az)

AzNews.az

image description image description image description