Daxili İşlər naziri Alayın şəxsi heyətinin sıra baxışını keçirib Daxili İşlər naziri Alayın şəxsi heyətinin sıra baxışını keçirib
  • Toplum
  • 8 Fevral 2020 18:06
  •  11 323

Əlahiddə Çevik Polis Alayının geyim forması dəyişdi

Daxili İşlər naziri Alayın şəxsi heyətinin sıra baxışını keçirib

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına yeni geyim forması verilib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında yeni geyim formasının tətbiqi ilə əlaqədar Alayın şəxsi heyətinin sıra baxışını keçirib.

Bildirilib ki, yeni geyim forması müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdandandır.