Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib
  • Toplum
  • 22 May 2020 19:37
  •  2 539

Tətildə küçəyə çıxmaq qadağası olmayacaq

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib

“Bütün vətəndaşlarımızın Ramazan bayramını təbrik edirik. Amma hər kəs bilməlidir ki, bayram günlərində qaydalara əməl etsək, bayramdan sonra daha nikbin qərarlar verilə bilər”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu qaydalar sadədir: “Tibbi maskadan istifadə etmək və məsafəni qorumaq. Əvvəlki bayramlarda olduğu kimi bu bayram böyüklərimizə baş çəkməməliyik. Həftə sonları və bu bayram küçəyə çıxma qadağasının tətbiq olunmaması növbəti həftələrdə də bunun tətbiq olunmayacağı demək deyil. Yoluxma sayı bayramdan sonra kəskin artarsa, bu qərar qüvvəyə minə bilər”.

Operativ Qərargahın tibbi bölməsi tərəfindən həftə sonları və bayram günlərində qısa müddətli yəni iki və ya dörd günlük küçəyə çıxmaq qadağalarının tətbiqi ilə bağlı qaydalar hazırlanıb. Biz bu bayramda bu qaydaların tətbiqi ilə bağlı müzakirələr apardıq. Mövcud epidemoloji və statistik göstəricilər qısa müddətli bağlanma alqoritminə uyğun olmadığı üçün biz buna getmədik. Amma epidemioloji vəziyyət dəyişərsə bunların tətbiqi önümüzdəki həftə yenidən müzakirə oluna bilər”.