Bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov verib Bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov verib
  • Toplum
  • 2 İyun 2020 19:32
  •  2 304

Bu müəllimlərə güzəşt ediləcək

Bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov verib

Bu gündən etibarən işə çağırılan ümumtəhsil müəssisələri əməkdaşlarına 3 halda güzəşt nəzərdə tutulub.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov verib. O bildirib ki, ilk olaraq öhdəsində azyaşlı, yəni 7 yaşına kimi uşağı olan və ya yaşlılara qulluq edən müəllimlərə güzəşt olunur:

“İkinci hal kimi yaşı 65-dən yuxarı olan əməkdaşlar (risk qrupuna aid olduğu üçün) nəzərdə tutulub. Üçüncü isə Bakı şəhərində çalışdığı üçün burada yaşayan, karantin başladığı dövrdən respublikanın digər regionunda olan müəllimlərə güzəştlər tətbiq olunur”.

Qeyd edək ki, 2-15 iyun tarixləri ərzində ümumtəhsil məktəbinin direktorunun müəyyən etdiyi qrafik əsasında sanitar epidemioloji qaydalara riayət etməklə təlim-tərbiyə üzrə direktor müavinləri, sinif rəhbərləri və zərurət olduqda müəllimlər qiymətləndirmə prosesinə cəlb olunmalıdır.