Bu barədə məlumatı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri sosial mediada paylaşıb Bu barədə məlumatı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri sosial mediada paylaşıb
  • Toplum
  • 30 İyun 2020 18:21
  •  4 456

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub

Bu barədə məlumatı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri sosial mediada paylaşıb

Jurnalistlər arasında COVİD-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sosial mediada paylaşıb.

O bildirib ki, ötən aydan fərqli olaraq bu ay hesabatlarda artıq Azərbaycanın da adı görünür: “İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib”.