E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub
  • Toplum
  • 8 İyul 2020 18:06
  •  7 762

Son 6 ayda 324 min e-arayış verilib

E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.

AzNews.az xəbər verir ki, bu ilin yanvar-iyun aylarında həmin xidmətlər vasitəsilə vətəndaşlara 324 min e-arayış verilib. E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub.

Ötən il Nazirlik tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. 2020-ci ildə daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.