BNA yayılan fikirlərə aydınlıq gətirdi BNA yayılan fikirlərə aydınlıq gətirdi
  • Toplum
  • 3 Sentyabr 2020 13:45
  •  2 485

İctimai nəqliyyatda gediş haqqı artacaqmı?

BNA yayılan fikirlərə aydınlıq gətirdi

Son günlər sosial şəbəkələrdə ekspertlər ictimai nəqliyatda qiymətlərin qalxacağı ilə bağlı fikir bildirirlər.

AzNews.az Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayevlə məsələyə aydınlıq gətirmək üçün əlaqə saxlayıb.

BNA rəsmisi gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

“Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.

Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.

Səidə Vahid

AzNews.az