İxtisas seçimi sentyabrın 25-dək aparılacaq İxtisas seçimi sentyabrın 25-dək aparılacaq
  • Toplum
  • 19 Sentyabr 2020 16:21
  •  3 005

Rezidenturaya ixtisas seçiminin tarixi açıqlandı

İxtisas seçimi sentyabrın 25-dək aparılacaq

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən başlayır.

AzNews.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Nəticələr həmin gün elan olunub.

İştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.