22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib 22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib
  • Toplum
  • 1 Oktyabr 2020 20:23
  •  2 243

Daha 9 şagird koronavirusa yoluxub

22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən AzNews.az-a bildirilib ki, 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətindən hərarəti yüksək olan olmayıb.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı 3-dür.

İndiyə qədər ölkə üzrə bir məktəb, 22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.