"Azərsu" ASC məlumat yayıb "Azərsu" ASC məlumat yayıb
  • Toplum
  • 7 Oktyabr 2020 15:45
  •  4 756

Bakının bu rayonunda su olmayacaq

"Azərsu" ASC məlumat yayıb

Bu gün Bakının Xətai rayonunun bəzi yerlərində su olmayacaq.

Bu barədə AzNews.az-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində rayonun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.