Bu sülhə çağırış deyil, əksinə, bu bizim duyğularımızla oynamaqdır, işğalçılara dəstək verməkdir Bu sülhə çağırış deyil, əksinə, bu bizim duyğularımızla oynamaqdır, işğalçılara dəstək verməkdir
  • Toplum
  • 14 Oktyabr 2020 17:30
  •  3 667

Bu mağazalar Elif Şəfəqdən imtina etdi

Bu sülhə çağırış deyil, əksinə, bu bizim duyğularımızla oynamaqdır, işğalçılara dəstək verməkdir

Türkiyənin məşhur yazıçısı Elif Şəfəq “Twitter” hesabında erməniləri dəstəkləyən paylaşım edib.

AzNews.az xəbər verir ki, buna etiraz olaraq Bakıda bir çox kitab mağazası müəllifin kitablarının satışını dayandırıb:

˝LIBRAFF˝ bu gündən etibarən yazıçı Elif Şəfəqin kitablarının satışından imtina edir.

“Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 27 sentyabrdan başlayan Vətən Müharibəsi bizə yanımızda və qarşımızda olanları tanımaq imkanı yaratdı. Yazıçının “Twitter” sosial şəbəkəsindəki hesabında ˝sənət˝ adı ilə erməni işğalına haqq qazandıran paylaşımına görə Azərbaycan xalqından üzr istəyənə qədər mağazalarımızda kitablarının satışı dayandırılır”.

“Ali və Nino” kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli:

“Elif Şəfəqin Twitterdə olan son paylaşımını qınayıram. Bu sülhə çağırış deyil, əksinə, bu bizim duyğularımızla oynamaqdır, işğalçılara dəstək verməkdir.

Şuşa hər bir Azərbaycanlı üçün mədəniyyətimizin rəmzidir və müqəddəs yerdir”.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:

“Elif Şəfəqin Tvitterdəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi. Azərbaycanda onun kitablarının nəşr hüququ “Qanun nəşriyyatı”na məxsusudur. Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik. Hamını Tvitterə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm. Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik. Bizi güclü edən bizim həqiqətlərdir”.

OVOD kitab evi:

“Terrora dəstək verən Elif Şəfəqin kitablarının satışını dayandırırıq. Erməni terrorizminə dəstək olan, bizim qətl edilən körpələrimizi, insanlarımızı görməzdən gələn bir yazarın kitabları bizim magazamızda satılmayacaq! Yaşasın Azərbaycan ordusu!”

Səidə

AzNews.az