Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib
  • Toplum
  • 26 Oktyabr 2020 19:54
  •  2 233

Təhsil Nazirliyindən vurulan məktəblə bağlı açıqlama

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib

Təhsil Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Ağdamda məktəb binasını atəşə tutması barədə açıqlama yayıb.

AzNews.az-a daxil olan məlumata görə, oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.