Operativ Qərargahın məlumatı Operativ Qərargahın məlumatı
  • Toplum
  • 19 Noyabr 2020 15:15
  •  4 027

Azərbaycanda daha 2 597 nəfər koronavirusa yoluxdu

Operativ Qərargahın məlumatı

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan 23 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstələrin sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.