Qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib Qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib
  • Toplum
  • 27 Noyabr 2020 13:08
  •  3 560

Polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib

Qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib

Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib. O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.