Zəlzələlərdən 3 579-u Azərbaycan ərazisində olub Zəlzələlərdən 3 579-u Azərbaycan ərazisində olub
  • Toplum
  • 9 Dekabr 2020 11:45
  •  3 004

Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb

Zəlzələlərdən 3 579-u Azərbaycan ərazisində olub

İlin əvvəlindən bu günə qədər Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 40 rəqəmsal seysmik stansiyanın məlumatı əsasında bu günə qədər RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 11 016 yeraltı təkan, 1 021 partlayış qeydə alınıb.

Məlumata əsasən, zəlzələlərdən 3 579-u Azərbaycan ərazisində olub. Onlardan 3 025-i regional, 2 301-i isə uzaq zəlzələlərdir. Bundan başqa, tək stansiya tərəfindən 1 090 zəif təkan qeydə alınıb.

Qeyd olunub ki, Azərbaycan və ona bitişik ərazilərdə maqnitudaları ml>3 olan 70 zəlzələ qeydə alınıb, onlardan 20-si hiss olunub.