Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib
  • Toplum
  • 11 Dekabr 2020 19:43
  •  2 285

Paytaxt yollarında sıxlıq müşahidə olunur

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib

Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində saat 15:30 radələrindən başlayaraq müşahidə olunan sıxlıq və tıxac davam edir.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu səbəbdən bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var.

Qeyd olunur ki, bəzi sürücülərin yol kəsişmələrini keçmə qaydalarına əməl etməməsi, yolun hərəkət hissəsində qeyri-qanuni parklanma halları, hərəkət zolaqlarının tələblərinin pozulması sıxlığın əsas səbəblərindədir.

Həmçinin, sabahdan bir çox iş və xidmət sahələrində fəaliyyət dayandırıldığından vətəndaşların şəxsi minik avtomobilləri ilə səyahət etməsi sıxlığı daha da artırıb.