BNA məlumat yayıb BNA məlumat yayıb
  • Toplum
  • 25 Yanvar 2021 10:39
  •  8 179

İki marşrutun yolu dəyişdirildi

BNA məlumat yayıb

Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

AzNews.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilməsidir.