- Toplum
- 3 Mart 2021 14:32
- 6 367
DİN feysbukda yazılan rəy barədə açıqlama verdi

"Montajdır"
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi feysbuk səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır.
Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.