- Toplum
- 8 Aprel 2021 14:29
- 2 402
Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır

Jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq
Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.
Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib: "Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur". (APA)