- Toplum
- 10 İyun 2021 20:41
- 7 885
Məktəblərdə monitorinq aparılıb

Bəzi müəllimlər məktəbə tam hazırlıqsız gəliblər
24 ümumi təhsil məktəbində monitorinq aparılıb. Monitorinqin məqsədi təhsilin keyfiyyətini müəyyənləşdirmək idi.
Aznews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.
O bildirib ki, monitorinq aparılan məktəblərdə neqativ hallar da müşahidə olunub. Bəzi müəllimlər məktəbə tam hazırlıqsız gəliblər. Monitorinq nəticəsində aşkarlanan qüsurların aradan qaldırılması üçün müəyyən addımlar atılacaq.