Azyaşlı Bakıda reanimasiyaya yerləşdirilib Azyaşlı Bakıda reanimasiyaya yerləşdirilib
  • Toplum
  • 10 İyun 2021 23:39
  •  4 362

Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Azyaşlı Bakıda reanimasiyaya yerləşdirilib

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub. Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.