Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülüb Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülüb
  • Toplum
  • 11 İyun 2021 19:27
  •  3 519

Bakıda küçədə qumbara tapıldı - FOTO

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülüb

Bakıda küçədə qumbara aşkarlanıb.

Aznews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

image description image description image description