Polkovnik Mənsimov Tehran Cavid oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib Polkovnik Mənsimov Tehran Cavid oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib
  • Toplum
  • 24 İyun 2021 13:15
  •  6 794

Tehran Mənsimova daha iki medal verildi

Polkovnik Mənsimov Tehran Cavid oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən, təltif edilənlər arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov da yer alıb.

AzNews.az xəbər verir ki, polkovnik Mənsimov Tehran Cavid oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, T.Mənsimov Prezidentin ötən ilin dekabrında imzaladığı sərəncamla da “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Bundan əlavə, polkovnik “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə mükafatlandırılıb.