Baş və boğaz ağrısı, burun axıntısı, öskürək... Baş və boğaz ağrısı, burun axıntısı, öskürək...
  • Toplum
  • 13 İyul 2021 20:58
  •  7 710

“Delta” ştammının əlamətləri nələrdir?

Baş və boğaz ağrısı, burun axıntısı, öskürək...

Xəbər verdiyimiz kimi, ölkə xaricindən Azərbaycana gəlmiş şəxslərdən götürülmüş nümunələrin 31-də koronavirusun B.1.617 (Delta) variant aşkarlanıb.

Aznews.az xəbər verir ki, Hindistanda meydana gələn və sürətlə yayılan virus mutasiyalar arasında ən təsirlisidir. Baş və boğaz ağrısı, burun axıntısı, öskürək, eşitmə problemləri kimi yeni simptomlara malik olan bu variant Türkiyə, Rusiya və İran kimi qonşu ölkələrdə də aşkarlanıb. Bəzi ölkələrdə mutasiyanın ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə olunur.

Bu ştammın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu müəyyən edilib. Hüceyrələrə sürətlə nüfuz etmə özəlliyi mutasiyanın ağ ciyərlərə daha asan yapışmasına səbəb olur ki, bu da ölümcül sayılır. Vaksinasiyadan keçən şəxslərin bu mutasiyaya daha az yoluxduğu bildirilir.

Qeyd edək ki, ştammın mutasiyaya uğrayan variantı “Delta plus” bənzər simptomlara sahib olsa da onun yoluxma qabiliyyəti daha yüksəkdir./Axşam.az