• Toplum
  • 1 Avqust 09:00
  •  1 352

Bu gecə Sumqayıt və Sabirabadda ev yanıb

FHN məlumat yayıb

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.