- Toplum
- 18 Avqust 2021 17:26
- 5 033
Azərbaycanda 86 yaşlı professor vəfat edib
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) professoru Əli Hüseynov vəfat edib
AzNews.az-ın məlumatına görə, o, 86 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
O, uzun müddət ADPU-nun Biologiyanın tədrisi və metodikası kafedrasının müdiri olub.
Qeyd edək ki, Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olub.
