- Toplum
- 20 Avqust 2021 21:25
- 9 324
Vaksin nə qədər effektlidirsə, yan təsirləri də bir o qədər çoxdur - İnfeksionist
. Vaksindən sonra narahatlıqlar uzağı 4 gün çəkir
Vaksinlərdə yan təsirlərin olması effektivliyinin göstəricisidir.
Aznews.az xəbər verir ki, bunu açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. O bildirib ki, vaksin nə qədər effektlidirsə, yan təsirləri də o qədər çoxdur.
"Lakin bunlar qalıcı əlamətlər deyil. Vaksindən sonra narahatlıqlar uzağı 4 gün çəkir. Demək olar ki, hamıda iynə nahiyəsində ağrı, qolu qaldıra bilməmək, hərarət müşahidə olunur. Bu normaldır. Vaksin vurulan yeri ovmaq qətiyyən olmaz. Həmçinin 3 gün su dəyməməlidir, spirtli içki məsləhət deyil, vaksindən sonra 1-2 gün istirahət lazımdır. Yorğunluq yan təsirləri artırır".