- Toplum
- 23 Sentyabr 2021 13:36
- 3 226
Məşhur “91-lər”in üzvü vəfat edib
O Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur “91-lər”dən olan Kərim Kərimov vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat verib.
K.Kərimov 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.
3 övladı var. (report)