• Toplum
  • 15 Oktyabr 20:44
  •  1 689

ADNSU-da bir qrup distant təhsilə KEÇDİ

Bir tələbədə koronavirus aşkarlanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir qrup distant təhsilə keçib.

Aznews.az xəbər verir ki, bunu Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib. Onun sözlərinə görə, bir tələbədə koronavirus aşkarlandığı üçün qrup distant təhsilə keçirilib:

"Ancaq qrupda oxuyan digər tələbələrdən kimsə əyani dərsdə iştirak etmək istəyirsə, 3 gün sonra PCR testi verməlidir. Testin nəticəsi neqativ olduğu halda əyani dərslərdə iştirak edə bilər. Qeyd edim ki, Universitet ən müasir audio və video texnikanı alıb ki, distant təhsildə olan tələbə də rahat şəkildə dərsdə onlayn dərsdə iştirak edə bilsin. Bu zaman o, auditoriyanı, müəllim və tələbələri görür və eşidir, eləcə də o özü görünür və danışa bilir".