Artıq bütün dünya Deltanın mutasiyaya uğrayan yeni AY 4.2 ştammı ilə mübarizəyə hazırlaşır Artıq bütün dünya Deltanın mutasiyaya uğrayan yeni AY 4.2 ştammı ilə mübarizəyə hazırlaşır
  • Toplum
  • 24 Oktyabr 2021 19:40
  •  3 893

Koronavirusun yeni AY.4.2 ştammı Azərbaycandadırmı - Bizi nə gözləyir?

Artıq bütün dünya Deltanın mutasiyaya uğrayan yeni AY 4.2 ştammı ilə mübarizəyə hazırlaşır

ÜST bütün ölkələri xəbərdar edib. Virusun artıq Azərbaycanda olma riski yüksəkdir və TƏBİB rəsmiləri onun daha yoluxdurucu olması barədə açıqlama verib.

Aznews.az xəbər verir ki, Delta plyusun daha təhlükəli ştammı uşaqları, gəncləri də yoluxdurur.

Güman edilir ki, son yoluxma dinamikasındakı artım məhz bu ştamma görədir. Artıq Azərbaycana da keçən yeni virus Avropa və Rusiyada rəsmən aşkarlanan bu variant bu ölkələrdən gələn sərnişinlər vasitəsilə ölkədən ölkəyə keçir.

Əgər bu virusa 1000 nəfər yoluxarsa, o zaman növbəti dalğa daha sürətli yoluxucu olacaq.

Təbib rəsmisi Akif Qurbanov bildirib ki, bu ştamm adı yeni olsa da özü yeni deyil, bu ilin iyul ayında identifikasiya olunub. Onu Delta Plyus adlandırırlar. Bu ştamm ikiqat mutasiya keçirib, orqanizmdəki antitellərə qarşı rezisdentlik göstərir.

Yeni versiyanın uşaq və yeniyetmələr arasında müxtəlif ağırlqda infeksion xəstəlik törətməsinin masştabı barədə müzakirələr gedir. Bu barədə dəqiq elmi nəticə yoxdur.

Ekspertlər ümid edir ki, vurulan vaksinlər AY 4.2 ştammına qarşı effektivdir.

Klassik kovid versiyalarından fərqli olaraq delta plyus ağciyərlərin daha geniş və sürətli zədələnməsinə səbəb olur, xəstəlik əlamətləri yoluxandan 2 gün sonra özünü göstərir və 3-4 günə ağırlaşma irəliləyə bilir.

Ekspertlərin sözlərinə görə, AY 4.2-ə yoluxmuş bir xəstə 9-12 nəfəri bir anda yoluxdura bilər. Bu sadəcə bir ünsiyyət zamanı ola bilər. Bu xəstə nə qədər çox yerdə olub, çox adamla ağzı açıq, maskasız və məsafəsiz ünsiyyətdə olsa, bir günə 20 insanı da yoluxdurmaq realdır.

Rusiya Səhiyyə nazirliyinin baş pulmonoloqu Andrey Malyavin bildirib ki, yeni mutasiya çox kontagiozdur, simptomatikası sürətlə inkişaf edir, xəstədə ağırlaşma 3 gün içərisində ola bilər. Amma öldürücülüyü əvvəlki ştammdan yuxarı deyil. Bu növlə uşaqlar daha çox xəstələnib./medicina.az