DİM məlumat yayıb DİM məlumat yayıb
  • Toplum
  • 18 May 2022 10:22
  •  4 952

Magistraturaya sənəd qəbulu başa çatıb

DİM məlumat yayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan bölməsi üzrə 19372, rus bölməsi üzrə 1731 nəfər olmaqlar cəmi - 21103 nəfər ərizəsini təsdiq edib.

2-ci cəhd imtahanına qeydiyyatdan keçənlərin sayı isə Azərbaycan bölməsi üzrə 13760, rus bölməsi üzrə 1079 nəfər olmaqla cəmi - 14839 nəfər olub.