Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı şaiyələr yalandır

"Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur"

Bəzi KİV-lərin son günlər Azərbaycanda refenrendumun keçiriləcəyi ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə hökumətdəki mənbələrdən məlumat veriblər.

"Ölkə Konstitusiyasına heç bir dəyişiklik nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırırıq", - mənbə qeyd edib.

Qeyd olunur ki, belə bir şaiyənin yayılmasına əsas kimi götürülən ölkədə seçici siyahılarının dəqiqləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş və mütəmadi aparılan prosesdir.

Bu il seçici siyahılarının dəqiqləşdirilməsinə həmçinin Koronavirus pendemiyası şəraitində, habelə Rusiya-Ukrayna müharibəsi şəraitində miqrasiya hallarının baş verməsi, Vətən müharibəsi dövründə və ondan sonra daxili miqrasiya proseslərinin baş verməsi ehtiyac yaradıb. (report)