- Toplum
- 14 Avqust 2022 11:33
- 4 571
Qəbələdə yol qəzasında ana və 2 yaşlı körpəsi xəsarət alıb

Hadisənin təfərrüatı araşdırılır
Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1990-cı il təvəllüdlü Yediyarova Şəfa Ələddin qızı və azyaşlı övladı, 2020-ci il təvəllüdlü Yediyarova Duyğu Elşən qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.