Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
  • Toplum
  • 16 Avqust 2022 19:44
  •  3 996

Bakıda SOCAR və “KazMunayQaz”ın rəhbərləri görüşüb

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında görüş keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstan şirkəti məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq, o cümlədən Transxəzər infrastrukturunun inkişafı sahəsində şirkətlər arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.