- Toplum
- 22 Sentyabr 2022 09:22
- 3 335
Bakıda 17 yaşlı qız itkin düşüb
Faktla bağlı araşdırma aparılır
Bakıda 17 yaşlı Billurə Şirinova itkin düşüb.
Hadisə sentyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Şirinova Billurə Rəşad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.