Hadisə ilə bağlı araşdırmalar davam etdirilir Hadisə ilə bağlı araşdırmalar davam etdirilir
  • Toplum
  • 22 Sentyabr 2022 13:20
  •  3 023

Sərnişinləri avtobusdan yarıyolda düşürmüş sürücü işdən müvəqqəti kənarlaşdırılıb

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir

Bu gün saat 08:20 radələrində Abşeron rayonunun Xırdalan şəhərindən Bakı şəhərinə avtobusla gələn vətəndaşları yarıyolda düşürmüş sürücü işdən müvəqqəti kənarlaşdırılıb.

Bu barədə daşıyıcı şirkətdən bildirilib.

Məlumata görə, hadisə 119 saylı müntəzəm marşrut xəttində baş verib və hazırda bununla bağlı araşdırma aparılır.

Sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlunun izahatı alınıb, həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb. Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü isə yalnız dayanacaqda saxlamağın mümkün olduğunu bildirdikdən sonra bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Sərnişinlər tərəfindən təhqir edilən sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən, 10 dəqiqə sonra sürücü avtobusla sərnişinləri sonuncu dayanacaq məntəqəsinə qədər gətirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.