• Toplum
  • 2 Yanvar 2024 21:40
  •  6 835

Ötən il 526 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

"Aznews.az" xəbər verir ki, ən çox elmi dərəcə 156 olmaqla filologiya elmləri üzrə verilib. Mexanika, astronomiya, antropologiya, memarlıq üzrə isə ötən il fəlsəfə doktoru dərəcəsi alan olmayıb.