Bu ilin ilk yarısında dərman zəhərlənmələrindən 7 nəfər ölüb

Bu ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə 275 nəfər qəbul edilib.

Bu barədə KTM-dən bildirilib.

Məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq onlardan 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Zəhərlənən şəxslərin hər birinə isə zəruri tibbi yardım göstərilib.

AzNews.az