• Toplum
  • 26 İyul 20:26
  •  1 852

Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək dünya şöhrətli müğənni Castin Timberleykin konserti ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Konsertin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Belə ki, bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək sərnişinlərin istifadəsində olacaq.

AzNews.az