- Toplum
- 20:50
- 958
Növbəti müsahibələr barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Aznews.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd edilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.
Vurğulanıb ki, müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
AzNews.az