“Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib

“Museum Furniture showroom”da “Xarı Bülbül” çilçırağının təqdimat mərasimi keçirilib.

“Xarı Bülbül” çilçırağının hazırlanması ideyası “Museum Furniture” şirkəti tərəfindən irəli sürülüb.

Təqdimat mərasimində milli musiqi alətləri, xalq rəqsləri və Qarabağ xalçaları nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, “Xarı Bülbül” artıq Azərbaycanın simvoluna çevrilib.

Bildirilib ki, ideyanın həyata keçirilməsi bir ildən artıq vaxt aparıb. Layihə Azərbaycanın zəngin mədəni irsi və tarixinə həsr olunub və italyalı mütəxəssislərlə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Dizayn prosesi İtaliyanın Neapol şəhərində yerləşən “i Borbone” brendi ilə birgə həyata keçirilib.

Layihə zamanı italyalı tərəfdaşlara Azərbaycan tarixi və mədəniyyəti barədə geniş məlumat verilib.

Tədbirdə vurğulanıb ki, “Xarı Bülbül” iki mədəniyyətin – Azərbaycan və İtaliyanın dostluq və birliyini simvolizə edir.

Qeyd olunub ki, “Xarı Bülbül” çilçırağı sadəcə bir dizayn nümunəsi deyil, xalqımıza, tariximizə və mədəniyyətimizə olan dərin ehtiramın ifadəsidir.