- Toplum
- 11:07
- 1 180
Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Global Media Group-un media tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Fərqliliyin rəngi" festivalı keçirilir.
Aznews.az xəbər verir ki, tədbirdə 33 dini icma – Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, müxtəlif yəhudi icmaları, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digər dini təşkilatlar iştirak ediblər.
Qeyd olunub ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Eyni zamanda festival Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.
Festival çərçivəsində dini icmaların fəaliyyətini əks etdirən sərgilər, ədəbiyyat nümunələri və əl işləri, eləcə də musiqi və rəqs proqramları təqdim olunur.