NDU-nun müəllim və tələbələri Haçdağa zirvə yürüşü edib

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin bir qrup tələbələri Haçadağın zirvəsinə ekstremal yürüş edib.

Aznews.az xəbər verir ki, yürüşə universitetin "Beynəlxalq ticarət və menecment" kafedrasının müəllimi Vüsal Hüseynov rəhbərlik edib.

İştirakçılar Culfa rayonunun Gal kəndindən Haçadağa doğru hərəkətə başlayıb, çətin relyefə görə 2414 metr yüksəklikdəki zirvəyə çatmaq üçün 5 saat yol qət ediblər.

Burada iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıb, Dövlət Himnini ifa ediblər. "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Zəfər bizim, zirvə bizim!", "Yaşasın müstəqil Azərbaycan" kimi şüarlar səsləndirilib.

Tələbələr vətənlə bağli şeirlər oxuyub, vətənpərvər mahnılar ifa ediblər.

Qeyd edək ki, zirvə yürüşünün əsas məqsədi Zəfər Gününün 5-ci ildönümünü qeyd etmək, şəhidlərimizin şücaətinə ehtiram göstərmək olub.

Aznews.az

image description image description image description image description image description image description image description