- Toplum
- 17:23
- 921
Taksi sürücüləri üçün imtahan keçirilib, 1309-u uğur qazanıb
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün dekbarın 2-də Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib.
Aznews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahanda iştirak etmək üçün 1708 namizəd qeydiyyatdan keçib. Onlardan 1598 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.