"Dərnəgül" dayanacağından son görüntülər - FOTO/VİDEO

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir, ətrafda abadlıq işləri aparılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, bütün işlər yekunlaşdıqdan sonra dayanacaq sərnişinlərin istifadəsinə veriləcək. Dərnəgül ərazisində yaşayanlar rahat şəkildə sürətli elektrik qatarlarından istifadə edərək Bakı Dəmir Yolu vağzalına və Xırdalana səfər edə biləcəklər.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül dayanacağının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Layihə çərçivəsində dayanacaqda 4 ədəd platforma, 2 ədəd turniket binası, 1 ədəd piyada üst keçidi inşa edilib.

ADY-nin “Dərnəgül” dayanacağından son görüntüləri təqdim edirik:

AzNews.az