Son üç ayda 15-ə yaxın meyit donorunun orqanı başqasına köçürülüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15-ə yaxın transplantasiya əməliyyatı meyit donordan götürülmüş orqanlar vasitəsilə icra olunub.

Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Həmçinin bildirilib ki, bu ilin birinci rübü ərzində Azərbaycanda ümumilikdə 60-a yaxın orqan və toxuma transplantasiyası baş tutub.

Onlardan 30-a yaxını böyrək, ayrı-ayrılıqda 10-a yaxını sümük iliyi və buynuz qişa (kornea), 10-dan çoxu isə qaraciyər transplantasiyası olub.