Ödəyə bildiyiniz qədər borclanın - AMB rəsmisi

“Azərbaycanda insanlar ödəyə biləcəkləri qədər borclanmalıdır”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Biz demirik ki, borclanma azalsın, elə bir hədəfimiz yoxdur. Borclanma olmalıdır, amma sağlam təməl üzərində, limitli baş verməlidir. AMB-nin bütün alətləri, maliyyə-kapital proqramları hamısı ona köklənib ki, insanlar ödəyə bildikləri qədər borclansınlar. Biz hələ ki kreditləşmə hesabına gözlənilməz bir halla qarşılaşmamışıq”, - AMB rəsmisi qeyd edib.

Ş. Mahmudzadə əlavə edib ki, Azərbaycanda borclanma qonşu ölkələrlə müqayisədə çox aşağıdır.