Azərbaycanda QİÇS-ə yoluxan insanların sayı məlum oldu

Azərbaycanda QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) yoluxan insanlara dair yeni statistika məlum olub.

Aznews.az xəbər verir ki, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

2026-ci ilin mart ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 15-i (4,2 %) inyekson narkotik istifadəçisi olub.

Həmçinin, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 698 xəstə müalicə alır.

Onlardan 276-sı Respublika Narkoloji Mərkəzi, 297-si QİÇS-lə Mübarizə Mərkəzi, 125-si isə Sumqayıt Narkoloji Mərkəzində yerləşdirilib.