Ötən gecə İsrail Qəzzada 150 hədəfi vurub Ötən gecə İsrail Qəzzada 150 hədəfi vurub

İsrail ordusundan HAMAS-a ağır zərbə - Kəşfiyyat binası dağıdıldı

Ötən gecə İsrail Qəzzada 150 hədəfi vurub

İsrail ordusunun hərb hava qüvvələri Qəzza zolağında HAMAS təşkilatının hərbi kəşfiyyat binasını darmadağın edib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, İsrail zərbələrinə görə Qəzza zolağında məktəblərdə dərslər dayandırılıb.

Mənbə bildirir ki, ötən gecə İsrail Qəzzada 150 hədəfi vurub. Qarşı tərəfin isə 400 raket atdığı deyilir.

HAMAS təşkilatının mətbuat xidmətindən açıqlayıblar ki, İsrail ordusu mülki obyektlərə hücumu dayandırmasa, Aşdoda və Beer-Şeva şəhərlərini atəşə tutacaq.

Babək Göyüş

AzNews.az