Müalicə alan insanlar sizdən çox əziyyət çəkir. Müalicə alan insanlar sizdən çox əziyyət çəkir.

Qəbristanlığa gedin – Nazarbayev

Müalicə alan insanlar sizdən çox əziyyət çəkir.

Həyatın ağırlığını qaldırmaq sizə çətin gələrsə, o zaman qəbristanlığa gedin.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada 8-ci Vətəndaş Forumunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, bir çox insanlar həyat problemlərinə və fiziki qüsurlarına baxmayaq ruhdan düşmürlər, mübarizə apararaq məqsədlərinə nail olurlar: “Belə insanlar mənə ruh verir”.

“Biz tez-tez nəsə çatmadığına görə, həyatdan şikayət edirik. Əgər bu sizdə ruh düşkünlüyü yaradırsa, onda xəstəxanalara, qəbristanlıqlara gedin. Müalicə alan insanlar sizdən çox əziyyət çəkir. Bizim isə əl-ayağımız yerindədir, ancaq işimiz çətinliyə düşəndə başımızdakı saçımızı yoluruq və “Oy, necə də pis vəziyyətə düşdük” deyirik. Düzdür, həyatda hər şey mümkündür, ancaq gərək özümüzü ələ almağı bacaraq, işləməyə üstünlük verək. Bax, gənclərə bunu öyrətmək lazımdır”. Nazarbayev belə deyib.

Babək Göyüş

© AzNews.az

image description